-
Marşrut: Çin – Qazaxıstan – Xəzər Dənizi – Azərbaycan – Gürcüstan – Türkiyə və/və yaxud Qara Dəniz – Avropa
-
Şərq-Qərb Nəqliyyat Dəhlizi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TXBNM) ilə aparılır. Çindən Türkiyəyə həmçinin Avropa Birliyi ölkələrinə, eləcə də əks istiqamətdə təşkil olunan dəhliz, yükdaşımalarının artmasına fayda verir. Avropaya nəql edilən yüklər Gürcüstanın Poti, Batumi limanları və ya Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsiylə ötürülür. Yeni istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu yük daşımalarında xərclərin azaldılmasına xidmət edir.