Dəmiryolu nəqliyyatında relslərin en ölçüsünü, rels başlıqlarının daxili kənarlarını əhatə edən məsafə təşkil edir.
Bir çox səbəblərə görə dünyanın ayrı-ayrı ölkələrində relslər arasındakı en ölçüsü fərqlidir. Bu hal isə dəmir yolu daşımalarında çətinliklərin yaranmasına zəmin yaradır. Həmin çətinliklərin qarşısını almaq üçün bəzi dəyişikliklər həyata keçirilir:

• Daşınan yükün hərəkət tərkibindəki bir yolun en ölçüsünə aid vaqondan digər bir en ölçüsünə aid vaqona aşırılması.
• Vaqonların ara bucaqlarının müəyyən edilmiş en ölçülü yoldan hərəkəti üçün uyğun hesab edilən arabacıqlarla əvəz edilməsi.
• Relsin en ölçüsünün avtomatik dəyişdirilməsində texnoloji vasitələrdən yararlanmaq.
 
Relslər arası en ölçülərindəki fərqliliklərdən qaynaqlanaraq, birləşdirici məntəqələrdə, hər iki istiqamətdə onlarla kilometr məsafədə müxtəlif ölçüdə eni olan qonşu dəmir yolları və ya birləşdirilmiş müxtəlif en ölçülərə sahib dəmiryol xəttləri yerləşdirilib.

Dəmiryol xəttinin kənar iz ölçüləri

Geniş iz ölçülü yol

Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Gürcüstan, Belarus, Moldova, Ukrayna, Estoniya, Latviya, Litva, Finlandiya, Monqolustan, Əfqanıstanın şimalı – 1520 mm

 

Standart iz ölçülü yol
Türkiyə və Avropa ölkələri (dünyada geniş yayılmış iz ölçüsü) – 1435 mm
Çin, İran, Cənubi Koreya – 1435mm

 

Maksimal iz ölçülü yol

Hindistan, Pakistan – 1676 mm

Ünvanımız:
Marine Plaza 13-cü mərtəbə Ü.Hacıbəyov küç.62