• Müxtəlif nəqliyyat vasitələrindən istifadə edərək logistik zənciri qurmaqla xidmətimizi sizə təqdim edirik. Ən sərfəli nəqliyyat növü dəmir yolu ilə həyata keçiriləndir. Bu nəqliyyat növünü digərlərindən fərqləndirən əsas cəhət qısa vaxtda tonlarla yükü daha uzun məsafəyə daşıma imkanına sahib olmağıdır. Eyni zamanda daşınacaq yükün xüsusiyyətlərinə uyğun fərqli daşıma modellərini də, seçmək mümkündür. Xüsusi ölçü və qabaritlərdə olan yüklər, çən vaqonlarla daşınan kimyəvi maddələr, layihə daşımaları, tez xarab olan məhsulların nəqli də bu sıraya daxildir.

Maye yüklər

Maye yüklərin təhlükəsiz və ekoloji cəhətdən zərərsiz bir şəkildə ünvana nəqlinə diqqət göstəririk. Daşıma prosesi, təkcə yük göndərən və yükü qəbul edən arasında deyil, həm də prosesi təmin edən şirkətin dəstəyi ilə gerçəkləşir. Görülən iş hər pillədə diqqət və məsuliyyət tələb edir. Daşıma prosesindən optimal nəticə almaq üçün məhsulun fiziki-kimyəvi xassələri nəzərə alınmalı, uyğun nəqliyyat vasitəsi seçilməlidir. Bütün bu tələbləri nəzərə alaraq çən vaqonlarla qələvi, turşu, propilen, benzin, dizel yanacağı, propan, butan və başqa kimyəvi, qaz, nefkimya məhsullarının daşınması gerçəkləşdiririk. Məhsulların təhlükəsiz və ekoloji cəhətdən zərərsiz bir şəkildə ünvana nəqlinə diqqət göstərəcəyik.

Qabsız yüklər

Dəmir yolu daşıma növlərindən biri də, qabsız formada həyata keçirilən yükdaşımalardır. Bu qrupa xüsusi ölçü və qabaritdə olan məhsullar, tikinti materialları, mebel, işıqlandırma avadanlıqları kimi məhsullar daxildir. Xüsusi ölçülərdə olan yüklərin daşınmasında logistik xərclər yüksək olduğundan istehsalçı və treyderlər daşınma sxeminin uyğun qiymətə hazırlanmasında maraqlıdırlar. Mütəxəssislərimiz yükün xüsusiyyətlərini nəzərə alaraq münasib logistik seçimlər təqdim edəcəklər.

Layihə yüklər

Layihə daşımaları logistika sahəsində gerçəkləşən çətin tapşırıqlardandır. Texniki danışıqların aparılması, iqtisadi xüsusiyyətlərin hesablanması öz növbəsində böyük peşəkarlıq tələb edir. Bura daşınacaq yükün bütün vasitələrlə çatdırılması, konsaltinq, nəqliyyat konseptinin hazırlanması və müvafiq xidmətlər aiddir. Daşımanın bu növü dəqiq vaxt və ardıcıllıqla qurulmalı, planlaşdırılmalıdır. Layihə logistikası ilə hava limanları, fabriklər, nəhəng sənaye müəssisəslərinin tikilməsi mümkündür. Tədarük və ya tikinti üzrə müqavilədə yazılan tədarüklərin dəqiq həcmi öncədən bəlli olmalıdır. Bu tip daşımalar, yalnız müqavilədə göstərilən bütün yüklər daşındıqdan sonra yekunlaşmış sayılır. Peşəkar heyətimiz layihə daşımalarında sizinlə əməkdaşlıq etməyə hazırdır. Layihələrinizi rahatlıqla bizə əmanət edə bilərsiniz.

Tez xarab olan yüklər

Refvaqonlar daşınan tez xarab olan məhsulun dadının, faydalı elementlərinin və xüsusiyyətlərinin tam qorunmasını təmin edir. Bu sıraya meyvə, tərəvəz, göbələk , süd məhsulları, ət və ət məhsulları, balıq kimi qidalar daxildir. Həmin yüklərin daşınması refrijerator vaqon və ya konteynerlərlə həyata keçirilir. Refrijerator vaqon və ya konteyner, -30°C və +30°C arasında dəyişən temperaturla təchiz olunan yükdaşıma vasitələridir. Dondurulmuş qida məhsullarının dəmir yolu ilə refrijeratorla daşınması mütləq şəkildə sanitar passportu ilə təmin edilir.

  • Sadaladığımız yüklərin öncədən seçilən zaman çərçivəsində ünvana çatdırılması mütəxəssis əməyinin nəticəsidir. Peşəkar işçi heyətimiz müştərinin tələblərini nəzərə alaraq münasib çatdırılma marşurutunu hazırlayır. Yüksək xidmət səviyyəsini qoruyaraq uyğun qiymət siyasətinə davam edirik. Yükdaşımalarımız istər Avropa, istərsə də Asiya istiqamətində gerçəkləşdirilir. Proses boyunca müştərilər bilgiləndirilir, yüklərin harada olduğu və olacağı haqqında operativ məlumatlar ötürülür.

Ünvanımız:
Marine Plaza 13-cü mərtəbə Ü.Hacıbəyov küç.62