-
Dəhliz Azərbaycanı Türkiyə və Avropa ölkələri, eləcə də Mərkəzi Asiya ölkələri ilə birləşdirəcək.
-
Qədim keçmişi olan Azərbaycan, Tarixi İpək Yolunun bərpasında böyük gücə sahibdir. Həyata keçirilən layihələr, əməkdaşlıqlar, genişmiqyaslı müqavilələr tranzit ölkə kimi tanınmağımıza zəmin yaratdı. 44 günlük əzəmətli qələbə isə nəinki regionda, eləcə də, dünyada bizi, güc mərkəzindəki ölkələrdən birinə çevirdi. Torpaqlarımızın işğaldan azad olunması nəqliyyat dəhlizlərinin həmin ərazidən keçməsinə imkan yaratdı. İşğaldan azad edilmiş ərazilərimizdə dəmir yollarının bərpasıyla yanaşı, Zəngəzur dəhlizinin də, təməli atıldı. Bütün bu atılan addımlar beynəlxalq nəqliyyat sisteminin yenidən formalaşdırılmasına təkan verir. Zəngəzur dəhlizi, təkcə Azərbaycanı Türkiyə ilə birləşdirməyəcək, həmçinin Avropa ölkələri ilə Mərkəzi Asiya ölkələri arasında körpü rolunu oynayacaq. Dünya iqtisadiyyatının əsaslarından biri sayılan Çindən gələn yüklərin Mərkəzi Asiya marşrutu ilə daşınması potensialı eləcə də, Süveyş kanalından keçən dəniz nəqliyyat yoluna alternativ nəqliyyat dəhlizinin formalaşdırılması Azərbaycanın, eyni zamanda Zəngəzur dəhlizinin vacib nəqliyyat arteriyasına çevrilməsinə şərait yaradacaq. 2021-ci ilin fevral ayında Azərbaycan Prezidentinin təməlini atdığı Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu 110,4 kilometrdir. Üç mərhələdə aparılan dəmir yolu xəttinin tikintisi minatəmizləmə işləriylə bərabər həyata keçirilir. Dəhlizin 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.